Azərbaycanda iqtisadi artım sürətlənib
Azərbaycanda iqtisadi artımın sürəti 2,4 faizdən 2,5 faizə yüksəlib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə 58 milyard 464,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilib.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-avqust aylarında ölkədə 50 milyard 875,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilmişdi.
2019-cu ilin yanvar-sentyabr aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 1,1 faiz artıb.
Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmişdir. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,0 faiz, sənayedə 2,5 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,3 faiz, digər xidmət sahələrində 2,2 faiz artmış, tikintidə isə 5,6 faiz azalıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 5910,1 manata bərabər olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
2 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl