Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Nazirlər Kabinetinin qərar layihəsində Qaydalara müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.  

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

 

Onun sözlərinə görə, layihədə sosial yardım təyin olunan ailənin orta aylıq gəliri hesablanarkən borcun (o cümlədən kreditin) gəlir kimi nəzərə alınmaması əksini tapır. 

 

Qeyd edək ki, mövcud qanunvericilikdə ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılması zamanı onun orta aylıq gəliri hesablanarkən, götürdüyü borc (o cümlədən kredit) də nəzərə alınır. Sosial yardımın təyinatından sonra da ailə üzvünün kredit götürməsi və bu barədə məlumat verməməsi səbəbindən ailəyə sosial yardım ödənişi dayandırılır. Yenidən sosial yardım üçün müraciət etmək hüququ isə 1 il müddətinə məhdudlaşdırılır. Bu isə həmin aztəminatlı ailələrin sosial yardım proqramından dolğun şəkildə  yararlana bilməməsinə səbəb olur, nəticədə onların maddi rifahına mənfi təsir göstərir.

 

Artıq yeni layihə bu məhdudiyyətin aradan qaldırılmasına, ailə üzvünün  götürdüyü kreditin ailənin sosial yardım hüququna maneə olmamasına imkan yaradacaq.

 

Eyni zamanda, yeni layihədə aztəminatlı ailələrə potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri və gəlirlərini artırmaları üçün aktiv şəkildə dəstək verilməsi məqsədi də ifadə olunur. Bununla əlaqədar sosial yardım təyin olunan ailənin özünüməşğulluq proqramına cəlb edilməsi də layihədə yer alır.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© APA

16.10.2019 12:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ