Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

BVF: Neftin qiyməti bir neçə il ərzində daha da düşəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
BVF: Neftin qiyməti bir neçə il ərzində daha da düşəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund – IMF, BVF) neftin qiymətinin bir neçə il ərzində azalacağını proqnozlaşdırır.

 

İMF-nin dərc etdiyi hesabata görə, Fondun mütəxəssisləri əmindirlər ki, neft qiymətlərinin 60 ABŞ dolları səviyyəsində olması tələbatın artması səbəbindən deyil, müəyyən amillərlə əlaqədardır. Bu cür qiymətlərin heç bir fundamental əsası yoxdur.

 

“Neftin qiymətlərinin yuxarı səviyyədə saxlanılması İrana qarşı tətbiq edilən sanksiyalar və Venesuelada hasilatın rekord səviyyədə azalması ilə bağlıdır. Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücumu da bura əlavə etmək olar, lakin burada artım heç iki həftə belə davam etmədi”, - deyə Fondun hesabatında qeyd olunub.

 

IMF-in iqtisadçılarının proqnozlarına görə, gələn il "qara qızıl"ın bir barelinin orta qiyməti 60 dollardan bir qədər aşağı olacaq, 2023-cü ildə isə 55 dollara enəcək.

 

Bundan əlavə, Fond hesab edir ki, OPEC+ sövdələşməsinin iştirakçıları öhdəliklərini tam şəkildə yerinə yetirməyəcək və bu da tədarükün artmasına və nəticə etibarilə qiymətlərə təzyiq göstərilməsinə səbəb olacaq.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© APA 

16.10.2019 14:00

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ