Daha bir bank zərər açıqladı

Pakistan Milli Bankının Bakı filialı (NBP Baku) 2019-cu ilin 9 ayını 297 min manat zərər ilə başa vurub.

 

“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə Pakistan Milli Bankının Bakı filialının cəmi gəlirləri 300 min manat, cəmi xərcləri isə 647 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 347 min manat əməliyyat zərəri yaranıb. Ehtimal olunan kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatın 50 min manatının azad olması hesabına zərər 297 min manata düşüb.

 

30 Sentyabr 2019-cu il tarixində Pakistan Milli Bankının Bakı filialı 10 milyon 425 min manat cəmi aktivlərə malik olub.

16 Oktyabr 2019 , 16:16   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin