Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Təhlükə yarandıqda banklara pul veriləcək - MALİYYƏ NAZİRLİYİNƏ YENİ VƏZİFƏ VERİLDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Təhlükə yarandıqda banklara pul veriləcək - MALİYYƏ NAZİRLİYİNƏ YENİ VƏZİFƏ VERİLDİ

Böhran zamanı banklara Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə dövlət vəsaiti hesabına müddətli likvidlik veriləcək


 

Reklam_3_11

Maliyyə Nazirliyinin vəzifələri artırıldı.

 

“Marja” xəbər verir ki, bu gün  Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"yə əlavələr edilib.

 

Əlavələrdən biri dövlət vəsaiti hesabına ölkənin maliyyə-bank təşkilatlarına maliyyə dəstəyinin verilməsi ilə bağlıdır.

 

Əlavəyə görə, Maliyyə Nazirliyi, ölkə iqtisadiyyatında maliyyə və iqtisadi tarazlığın pozulması təhlükəsi yarandıqda dövlət vəsaiti hesabına ölkənin maliyyə-bank və ödəniş sistemində mühüm rolu olan maliyyə və bank təşkilatlarına, habelə strateji əhəmiyyətli qeyri-maliyyə təsərrüfat subyektlərinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə müddətli likvidlik (onlarda müddətli depozitlər yerləşdirmək və ya buraxdığı müddətli borc kağızları almaq) təqdim etmək vəzifəsini də həyata keçirəcək.

 

Həmçinin Nazirliyə, “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət borcalmalarının həyata keçirilməsini, dövlət zəmanətlərinin verilməsini təmin etmək və dövlət borclarının ödənilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmək, habelə Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə dövlət borcunu və maliyyə öhdəliklərini idarə etmək vəzifəsi də tapşırılıb.

 

Qeyd edək ki, bu gün Prezidentin imzaladığı fərman ilə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb.

16.10.2019 15:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ