Azərbaycanın sement istehsalçısı ixrac üçün danışıqlar aparır
İsveçrənin tikinti materiallar istehsalçısı “Holcim” şirkətinin Azərbaycandakı müəssisəsi “Holcim Azerbaijan” məhsullarını Dağıstana, Özbəkistana, Qazaxıstana ixrac etmək üçün danışıqlar aparır.
Bunu “Holcim Azerbaijan” ASC-nin baş direktoru Frederik Qumbal bildirib.
"Biz müəssisəmizin istehsal gücünün bir hissəsini Gürcüstana ixrac edilməsinə sərf edirik. Oradakı tərəfdaşımız məhsulları LafargeHolcim-lə eyni qrupa daxil olan Lafarge brendı ilə satır. Həmin tərəfdaşımıza hər il böyük miqdarda klinker göndəririk. Hal-hazırda biz qonşu Xəzəryanı ölkələrə də ixracat imkanlarını araşdırırıq. Misal üçün, hazırda Dağıstan, Qazaxıstan və Özbəkistanla danışıqlar aparırıq", - deyə Frederik Qumbal bildirib.
Qeyd edək ki, 70 ölkədə fəaliyyət göstərən şirkət Azərbaycanda 1999-cu ildən fəaliyyətə başlayıb. "Holcim Azərbaycan" şirkəti yerli və beynəlxalq standartlara uyğun sement istehsal edir və bu məhsula olan daxili tələbatın böyük hissəsini ödəyir. Sementlə yanaşı klinkerin də başlıca istehsalçılarından olan Holcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsal edir. Bu gün "Holcim Azərbaycan" ölkənin aparıcı sement və klinker istehsalçılarındandır.
Müəssisə ölkədə Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı Olimpiya Stadionu, Bakı Kristal Sarayı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi mühüm obyektlərin inşasında, eləcə də "Bakı Metropoliteni" QSC-nin stansiyalarının tikintisində iştirak edib.
“Holcim Azerbaijan”in illik istehsal gücü 1,7 milyon tondur.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
11 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
11 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
11 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
12 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
12 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 12 saat əvvəl
-
13 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
13 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 13 saat əvvəl
- 13 saat əvvəl