Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bakıdan Avropayadək fasiləsiz hərəkət edəcək ilk yük qatarı yola düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıdan Avropayadək fasiləsiz hərəkət edəcək ilk yük qatarı yola düşüb

“ADY Container” MMC-dən bildirilib ki, Çinin Sian şəhərindən Avropa istiqamətində daha bir konteyner blok qatarı yola düşüb. 42 konteynerdən ibarət qatarın təyinat məntəqəsi Çex Respublikasının paytaxtı Praqadır.

 

Reklam_3_11

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə hərəkət edən bu qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən keçərək Türkiyədəki Marmaray tuneli ilə dəmir yolu vasitəsilə kəsintisiz, birbaşa Avropaya hərəkət edən ilk yük qatarı olacaq. Beləliklə, Sian-Praqa marşrutu üzrə konteyner blok qatarı Bakıdan Avropayadək fasiləsiz olaraq yalnız dəmir yolu vasitəsilə hərəkət edəcək. İstanbulda qatarın təntənəli qarşılanma mərasiminin keçirilməsi nəzərdə tutulur.

 

Qatarla Çex Respublikasına Çin istehsalı olan məişət texnikası göndərilib. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumudur. Ölkəmizi konsorsiumda “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Container” MMC təmsil edir. Çin-Avropa istiqamətində bu marşrutun “Orta koridor” kimi tanıdılmasında iştirakçı ölkələrin hər birinin, o cümlədən Azərbaycanın əvəzsiz rolu var. Marşrutun işləməsi üçün iştirakçı ölkələrin dövlət başçıları, aidiyyəti qurumları arasında davamlı olaraq görüşlər keçirilir, müzakirələr aparılır. Prezident İlham Əliyevin Çinə səfərləri zamanı aparılan müzakirələrdə də bu məsələ daim gündəmdə olub.

 

Marşrutda yükdaşımaların həcminin artırılması istiqamətində atılan növbəti addım isə bu ilin aprelində Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun iştirakı ilə “ADY Container” MMC və Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq haqqında imzalanmış saziş olub. Sazişə əsasən, hər iki şirkət cari ilin sonunadək ümumilikdə 30 konteyner qatarı yola salmağı planlaşdırır ki, bu günədək 20 konteyner qatarı artıq yola salınıb.

17.10.2019 09:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ