Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İş adamları Eldar Əzizovun sərəncamına biganə qaldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İş adamları Eldar Əzizovun sərəncamına biganə qaldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı şəhərinin yaşıllıq vəziyyətinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması və paytaxtın estetik görünüşünün yaxşılaşdırılması məqsədilə “Yaşıl guşələr”in yaradılması və qorunması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun ötən ay sərəncam imzalayıb. Həmin sərəncamda sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə paytaxtda yol kənarları, idarə, müəssisə, ictimai iaşə, ticarət və digər obyektlərin qarşısında “Yaşıl guşələr”in yaradılması tövsiyə edilib.

 

Bəzi iş adamları, müəssisə rəhbərləri, ayrı-ayrı şəxslər bu təşəbbüsə fəal qoşulublar. Az müddət ərzində yol kənarlarında, obyektlərin qarşısında gözoxşayan yaşıl guşələr salınıb.

 

Təəssüflər olsun ki, bu işlərə biganə qalanlarda olub. “Yaşıl Bakı” təşəbbüs qrupunun verdiyi məlumata görə, bəzi iri obyektlər tərəfindən bu işlərə çox etinadsız və səhlənkar yanaşılıb: "Vətənini və şəhərini sevən hər bir insan şəhərin yaşıllaşdırılmasına öz töhfəsini verməlidir. Bu işlərə etinadsız yanaşan, yalnız öz mənfəətini güdən, paytaxtın görünüşünə və ekoloji vəziyyətinə biganə qalan obyekt rəhbərləri və onların əsl sahibləri barədə ictimaiyyətə məlumat veriləcək və onlar qınaq obyektinə çevriləcəklər".

17.10.2019 10:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ