"Ödənişli təhsil alan tələbələrə müxtəlif dəstək mexanizmləri müzakirə edilir"
"Hazırda ödənişli təhsil alan tələbələrə müxtəlif dəstək mexanizmləri müzakirə edilir".
Bunu Təhsil naziri Ceyhun Bayramov oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, təhsil kreditləri bu mexanizmlərdən yalnız biridir, amma yeganə dəstək forması deyil: "Əlavə dəstək mexanizmləri üzərində iş gedir, hesablamalar aparılır, konkret olaraq hansı formada dəstək mexanizmləri olacaqsa, bu barədə növbəti aylarda daha geniş məlumat veriləcək".
C.Bayramov əlavə edib ki, mövcud qanunvericiliyə əsasən ali təhsil müəssisələrinin fəaliyyəti təhsil haqqının hesabına təşkil edilir:
"Dövlət büdcəsindən təhsil alanların təhsil haqqı dövlət tərəfindən ödənilir. Son 1 il ərzində dövlət hesabına təhsil alan tələbələrin sayında ciddi artım baş verib. 2019-cu ildə bu cür təhsil alanların sayı 66 faiz artıb. Lakin ödənişli təhsil alan tələbələrin ödədiyi təhsil haqqları ali məktəblərin gəlirlərinin böyük hissəsini təşkil edir. Buna görə də ali məktəblər təhsil haqlarından asılı vəziyyətdədirlər. Təhsil Nazirliyi olaraq ali məktəblərə tövsiyə etmişik ki, təhsil haqqı ödənişlərini dərs ili başlayan zaman birdəfəyə deyil, hissə-hissə ödənilməsinə baxsınlar. Əminəm ki, əksər ali məktəblər məhz bu formada iş qurublar".
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 41 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
1 saat əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"CPM-İnvest İnvestisiya Şirkəti"ndə növbədənkənar ümumi yığıncaq keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
- 2 saat əvvəl
- 3 saat əvvəl