İşçi qüvvəsinə tələbatın öyrənilməsi üçün sorğu keçirilir - İşəgötürənlərin nəzərinə!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərin cari və perspektiv planda işçi qüvvəsinə dair tələbatının öyrənilməsi məqsədilə nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə sorğu keçirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, e-sistemdə təqdim edilən sorğu anketində işəgötürən ilk növbədə sorğuda iştiraka dəvət edilir. Ona “Müəssisə və ya təşkilatınızın cari və perspektiv inkişafı üçün peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatı var?” sualı, bu suala müsbət cavab verildikdə isə “Müəssisə və ya təşkilatınızın cari və perspektiv inkişafı üçün hansı peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatı var?” sualı təqdim edilir. Bundan sonra işəgötürən məşğulluq təsnifatı üzrə təqdim edilən siyahıdan onun üçün hansı peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələb yaranacağını qeyd edərək sistemə daxil edir.
Hazırda işəgötürənlər tərəfindən sorğunun cavablandırılması prosesi davam edir.
Sorğunun nəticələri əsasında istehsal və xidmət sahələrində yaxın və ortamüddətli dövrdə işçi sayında hansı dəyişikliklərin gözlənildiyi, hansı peşə və ixtisaslara, əmək bacarıqlarına malik işçi qüvvəsinə tələbatın artacağı barədə real vəziyyəti əks etdirən məlumatlar əldə olunacaq. Bu da nazirlik tərəfindən əmək bazarı proqramlarının, həmçinin peşə hazırlığı və yenidənhazırlıq tədbirlərinin işəgötürənlərin işçi qüvvəsinə tələbatına daha uyğun şəkildə, məqsədyönlü hazırlanması və həyata keçirilməsi işlərində önəmli rol oynayacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iİşəgötürənləri “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil olaraq, qeyd edilən sorğuda aktiv iştiraka dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
7 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
8 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
8 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
8 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
9 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl