Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Şirkətlər Qrupunda dünya çempionu ilə görüş

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şirkətlər Qrupunda dünya çempionu ilə görüş

® 12 oktyabr Hindistanın Mumbai şəhərində 14, 16 və 18 yaşlı şahmatçılar arasında keçirilən Dünya Çempionatında azərbaycanlı Aydın Süleymanlı birinciliyi əldə edib. O, Veysəloğlu MMC-nin əməkdaşı Elşən Süleymanlının oğludur.

 

15 oktyabrda “Veysəloğlu” Şirkətlər Qrupunun ofisində çempion və onun atası ilə görüş təşkil edilib. Görüşdə şirkətin Müşahidə Şurasının Sədri Aydın Talıbov və digər əməkdaşlar iştirak ediblər.

 

Aydın Talıbov Azərbaycana çempionluğu bəxş edən azyaşlı Aydın Süleymanlını təbrik edərək, ona xoş arzularını bildirib, uğurlar arzulayıb. Azərbaycan himnini yüksək arenalarda səsləndirdiyi üçün ona təşəkkürünü bildirib.

 

Görüş zamanı vurğulanıb ki, yüksək intellekt tələb edən şahmat idman növündə Azərbaycanın adının ön pillələrdə çəkilməsi hər birimiz üçün böyük fəxrdir. Aydın Süleymanlının bu uğuru bütün Azərbaycanın uğurudur.

 

Müşahidə Şurasının sədri daha sonra Aydın Süleymanlıya təşəkkürnamə təqdim edib və gələcəkdə ona yeni zirvələri fəth etməyi arzulayıb.

 

Xatırladaq ki, ölkəmiz sözügedən Dünya Çempionatinda 9 şahmatçı ilə (5 qız, 4 oğlan) təmsil olunub. 14 yaşadək oğlanların kateqoriyasında təmsilçimiz Aydın Süleymanlı keçirdiyi 11 oyunda 9 xal toplayaraq, Dünya Çempionu adına yiyələnib.

17.10.2019 13:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ