Ən yuxarı statik reklam_3

Xəzinə 15 milyon manat borc alacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xəzinə 15 milyon manat borc alacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

22 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

 

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

 

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

 

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0106020750

Emissiya həcmi

15 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

1092  gün

Faiz ödənişləri (olduqda)

21 aprel 2020-ci il, 20 oktyabr 2020-ci il, 20 aprel 2021-ci il, 19 oktyabr 2021-ci il, 19 aprel 2022-ci il, 18 oktyabr 2022-ci il

Faiz gəliri

8.5 %

Ödəmə tarixi

18.10.2022

Anderrayter

Paşa Kapital İŞ

 QSC

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

 

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

17.10.2019 13:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ