Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

1688 avtomobil yığılıb, 325-i anbardadır

iç səhifə xəbər başlığı altı (mobil)_31
1688 avtomobil yığılıb, 325-i anbardadır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar - sentyabr aylarında (9 ayda) Azərbaycanda 1688 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci ilin yanvar - sentyabr ayları ilə müqayisədə minik avtomobili istehsalı 6,5 dəfə artıb.


2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında 87 ədəd, Martında 107 ədəd, Aprelində 153 ədəd, Mayında 490 ədəd, İyun ayında 186 ədəd, İyul ayında 192 ədəd, Avqust ayında 192 ədəd, Sentyabr ayındada 192 ədəd minik avtomobili istehsal edilib. 
 

01.10.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 325 ədəd təşkil edib. 01.09.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 227 ədəd təşkil etmişdi.


Xatırladaq ki, öÖən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdı. 

 

2019-cu ildə Neftçaladakı “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur. Bunu “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib. 


Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri yığır. 

 

Həmçinin, 2019-cu ilin yanvar- sentyabr dövründə ölkəmizdə 886 ədəd traktor istehsal edilib. 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə traktor istehsalı 26,2% azalıb.

 

01.10.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 358 ədəd traktor təşkil edib.

 

Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi. 

17.10.2019 16:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ