Ən yuxarı statik reklam-3_3

ABŞ-ın xam neft ehtiyatları daha da artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları daha da artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın kommersiya (satış üçün) xam neft ehtiyatları ötən həftə bir əvvəlki həftəyə nisbətən 9,3 milyon barel artaraq proqnozları geridə qoyub.
 

"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə 9,3 milyon barel (2,2 faiz) artımla 434,9 milyon barelə çatdığını açıqlayıb. Bazar gözləntisi ehtiyatların 2,8 milyon barrel artacağı istiqamətində idi. Kommersiya xam neft ehtiyatları ötən həftə 2,9 milyon barel artım qeyd etmişdi.
 

Reklam_3_11

Bu nəticə ilə, ölkədəki kommersiya xam neft ehtiyatları 5 həftə ardıcıl artıb.
 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə bir əvvəlki həftəyə nisbətən 1,3 milyon barrel (0,2 faiz) azalaraq 643,3 milyon barrelə enib.
 

Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları isə 2,6 milyon barel (1,1 faiz) azalaraq 226,2 milyon barelə düşüb. Bazar gözləntisi benzin ehtiyatlarının 1,2 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,2 milyon barel azalmışdı.
 

ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 70 min barel artımla 6,29 milyon barelə qalxıb, neft ixracı isə gündəlik orta hesabla 153 min barrel azalma ilə 3,25 milyon barrelə enib.
 

 

NEFT HASİLATI REKORD SƏVİYYƏDƏ QALIR

 

Həmin dövrdə ABŞ-da xam neft istehsalı gündəlik orta hesabla 12 min barel artıb. Gündəlik orta hesabla xam neft hasilatı ölkənin Alyaska ştatında 12 min barel artım qeyd edərkən, digər əyalətlərdə isə dəyişməyib.
 

Bu nəticə ilə 5-11 Oktyabr həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik orta hesabla 12,6 milyon barrellə rekord səviyyədə qalmış olub. 
 

EIA-nın "Oktyabr 2019" hesabatına görə, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 12,3 milyon barrel, gələn il isə 13,2 milyon barrel olacağı ehtimal edilir.

18.10.2019 09:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ