Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Dəmir Yollarına 200 milyon dollar kredit ayıra bilərik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dəmir Yollarına 200 milyon dollar kredit ayıra bilərik"

Asiya İnkişaf Bankı (AİB) “Azərbaycancan Dəmir Yolları” QSC-yə 200 mln. dollar məbləğində kredit ayıra bilər.  

 

Bunu AİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Manappabekov deyib. “Söhbət Şimal-Cənub nəqliyyat dəhlizinin maliyyələşdirilməsindən gedir. Biz təkliflərimizi “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə göndərmişik və onlardan cavab gözləyirik”, - deyə o bildirib.

 

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran ası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında” saziş»ə  qoşulub. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

 

© APA

29.03.2017 08:23

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ