Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Bu il 300 nəfəri işə götürmüşük, kreditləşməni gücləndirəcəyik" - BANK SƏDRİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu il 300 nəfəri işə götürmüşük, kreditləşməni gücləndirəcəyik" - BANK SƏDRİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Nikoil Bank" Azərbaycan iqtisadiyyatının kreditləşdirilməsini daha da gücləndirməyi hədəfləyir.

 

Reklam_3_11

2019-cu ilin yanvar-sentyabr ayları ərzində "Nikoil Bank" 92,9 milyon manat məbləğində biznes kreditləri verib və bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 106% çoxdur. Bunun 60,5 milyon manatı kiçik və orta sahibkarlığa verilən kreditlər, 31,8 milyon manatı mikrokreditlərdir. Bundan əlavə, Kənd Təsərrüfatı Kreditləri və İnkişaf Agentliyinin (AKİA) dəstəyi ilə 649 min manat məbləğində kənd təsərrüfatı kreditləri verilib.

 

"Nikoil Bank" əvvəllər daha çox korporativ seqmentə və iri layihələrə diqqət ayırırdı, lakin son bir ildə təşkilat transformasiya prosesini keçdi və bu gün "Nikoil Bank" mikro, kiçik və orta sahibkarlığa kredit vermək, habelə əhaliyə pərakəndə satış xidmətləri göstərməkdədir.

 

"Kiçik və orta biznes kreditləri verilmək və bu sahədə xidmət göstərmək bizim üçün prioritet olan və sürətlə böyüyən istiqamətdir. Bu sahə üçün yeni işçilərin işə qəbulu və hazırlanması sistemini yaratmışıq və məmnuniyyətlə qeyd etmək istəyirəm ki, təkcə bu il biz həm kiçik, həm də orta sahibkarlıqla və mikrokredit sahəsində uğurla çalışan təxminən 300 həvəsli gənc işçini işə götürdük. Xüsusilə qeyd etmək istərdim ki, onlardan 100-ü üçün Nikoil Bank ilk iş yeridir.Əminəm ki, bu gənclər Azərbaycan iqtisadiyyatını dəstəkləməkdə daha da hiss olunan nəticələr əldə edəcəklər", - ”Nikoil Bank"ın İdarə Heyətinin sədri Nikoloz Şurqaia bildirib.

18.10.2019 11:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ