"Bu il 300 nəfəri işə götürmüşük, kreditləşməni gücləndirəcəyik" - BANK SƏDRİ
"Nikoil Bank" Azərbaycan iqtisadiyyatının kreditləşdirilməsini daha da gücləndirməyi hədəfləyir.
2019-cu ilin yanvar-sentyabr ayları ərzində "Nikoil Bank" 92,9 milyon manat məbləğində biznes kreditləri verib və bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 106% çoxdur. Bunun 60,5 milyon manatı kiçik və orta sahibkarlığa verilən kreditlər, 31,8 milyon manatı mikrokreditlərdir. Bundan əlavə, Kənd Təsərrüfatı Kreditləri və İnkişaf Agentliyinin (AKİA) dəstəyi ilə 649 min manat məbləğində kənd təsərrüfatı kreditləri verilib.
"Nikoil Bank" əvvəllər daha çox korporativ seqmentə və iri layihələrə diqqət ayırırdı, lakin son bir ildə təşkilat transformasiya prosesini keçdi və bu gün "Nikoil Bank" mikro, kiçik və orta sahibkarlığa kredit vermək, habelə əhaliyə pərakəndə satış xidmətləri göstərməkdədir.
"Kiçik və orta biznes kreditləri verilmək və bu sahədə xidmət göstərmək bizim üçün prioritet olan və sürətlə böyüyən istiqamətdir. Bu sahə üçün yeni işçilərin işə qəbulu və hazırlanması sistemini yaratmışıq və məmnuniyyətlə qeyd etmək istəyirəm ki, təkcə bu il biz həm kiçik, həm də orta sahibkarlıqla və mikrokredit sahəsində uğurla çalışan təxminən 300 həvəsli gənc işçini işə götürdük. Xüsusilə qeyd etmək istərdim ki, onlardan 100-ü üçün Nikoil Bank ilk iş yeridir.Əminəm ki, bu gənclər Azərbaycan iqtisadiyyatını dəstəkləməkdə daha da hiss olunan nəticələr əldə edəcəklər", - ”Nikoil Bank"ın İdarə Heyətinin sədri Nikoloz Şurqaia bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
36 d. əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 49 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
2 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
2 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
2 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb
-
3 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb
-
4 saat əvvəl
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq