Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Yerli məhkəmələrə yeni səlahiyyət verilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yerli məhkəmələrə yeni səlahiyyət verilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması ilə əlaqədar inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxacaq.

 

Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qeyd edək ki, daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması, yəni daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə “Daşınar əmlakın yüklülüyü haqqında” qanunda nəzərdə tutulmuş məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir.

 

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.

 

“Daşınar əmlakın yüklülüyü haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

 

Qanun layihəsi oktyabrın 22-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© APA

18.10.2019 13:46

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ