Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Yataqxanalar sökülməlidir və yerində binalar tikilə bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yataqxanalar sökülməlidir və yerində binalar tikilə bilər"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edib.

 

“Marja” xəbər verir ki, Prezident yataqxanalardan məcburi köçkünlərin köçürülməsi ilə maraqlanıb.

 

Prezident İlham Əliyev: İndi Bakı şəhərində yataqxanalar boşaldılır. Bu yataqxanaların bir çoxu qəzalı vəziyyətdədir. Onların taleyi necə olacaq, söküləcəkmi, təmir olunacaqmı? Siz bu məsələ ilə məşğul olmusunuz, yoxsa yox?

 

Rövşən Rzayev: Bəli. Biz çalışırıq ki, bütün yataqxanalardan məcburi köçkünləri tamamilə köçürək. Biz yataqxanaları rayon icra hakimiyyətlərinə və Əmlak Komitəsinə təhvil veririk.

 

Prezident İlham Əliyev: Onların vəziyyətinə də baxmaq lazımdır. Qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir və onların yerində yeni binalar tikilə bilər.

 

Rövşən Rzayev: Möhtərəm cənab Prezident, deyə bilərəm ki, bütün yataqxanalar həqiqətən də qəzalı vəziyyətdədir, bu, onları bərpa etməyə imkan verməyəcək. Yəqin ki, sökülüb yerində yeni binalar tikiləcək.

18.10.2019 15:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ