Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Qızılın unsiyası 1500 dollara yüksələ bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qızılın unsiyası 1500 dollara yüksələ bilər"

İnvestisiya şirkəti "Incrementum AG"yə görə, yüksələn inflyasiya və mənfi real faizlər qızılın 4 ilin ən yüksək səviyyələrinə qalxmasına səbəb ola bilər.


 
"Marja" xəbər verir ki, Mərkəzi ofisi Lixtenşteyndə yerləşən şirkətin rəhbər tərəfdaşlarından olan Ronald-Peter Stoeferle, qızılın "öküz" bazarının ilkin mərhələlərində olduğunu deyib. Ekspert, bu il qızılın unsiya qiymətinin 1400-1500 dollar səviyyələrinə yüksələcəyini proqnozlaşdırıb.

Reklam_3_11


 
Bu gün 1248 dollar səviyyələrindən alıcı tapan qızıl, ən son 2013-ün Sentyabr ayında 1400 dollardan ticarət olunmuşdu.


 
 Qızıl qiymətləri bu il ABŞ Prezidenti Donald Trumpın vədlərini yerinə yetirməyəcəyi gözləntisi, Avropadakı seçkilər və Brexit qeyri-müəyyənlikləri ilə əlaqədar olaraq yüksəlib. İndi investorlar inflyasiyanın Fed-in hədəfinə yaxınlaşdığına və daha da sürətlənə biləcəyinə dair işarələr axtarırlar. Fed-in üstünlük verdiyi inflyasiya Yanvar ayında illik 1.9% olaraq 2%-lik hədəfdən bir az aşağı qalmışdı.


 
Digər bir qurum Societe General ABŞ Mərkəzi Bankı Fed-in daha çox faiz artırması və siyasi proseslərin məhdud təsiri səbəbilə qızıl qiymətlərinin düşəcəyini proqnozlaşdırır. Banka görə, qızılın unsiyası ilin 4-ci rübündə orta hesabla 1125 dollar ola bilər.


 
 Ötən ilin son rübündə ən yaxşı qiymət proqnozu edən BNP Paribas da təmkinlidir. Quruma görə, Fedin faiz artırmağı davam etdirməsi dolları gücləndirərkən, külçə qızılın unsiya yəqin ki, düşəcək.

 ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!

29.03.2017 08:36

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ