Sahibləri Bank Respublika barədə qərar verdilər
25 illiyi ərəfəsində Bank Respublikanın nizamnamə kapitalının artırılmasına qərar verilib
28 mart 2017-ci il tarixdə Bank Respublika Səhmdarlarının Ümumi Yığıncağında nizamnamə kapitalının 20 milyon manat artırılması haqqında qərar yektilliklə qəbul edilib. Bu barədə “Marja”ya Bankdan bildirilib.
Hazırda Bank Respublikanın nizamnamə kapitalı 57 milyon 461 min manatdır.
“Nizamnamə kapitalının artırılmasında başlıca məqsəd bankı əlavə kapitalla təmin etməklə, bankın dayanıqlı və sabit inkişafını təmin etməkdir. Bu artım əhaliyə və biznes sektoruna maliyyə xidmətlərinin göstərilməsi sahəsində aparıcı mövqelərin qorunub saxlanması üzrə bankın uzunmüddətli strategiyasına uyğun aparılır”,- Bankın məlumatında deyilir.
“Bank Respublika” ASC 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır.
Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
31 d. əvvəl
Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib
- 35 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək
-
12 saat əvvəl
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
- 13 saat əvvəl
-
14 saat əvvəl
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya veriləcək
- 17 saat əvvəl