Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dövlət investisiya xərcləri kəskin azaldılır - ŞİRKƏTLƏRƏ SİFARİŞLƏR AZALACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət investisiya xərcləri kəskin azaldılır - ŞİRKƏTLƏRƏ SİFARİŞLƏR AZALACAQ

Gələn il dövlət büdcəsindən infrastruktur layihələri üzrə daha az vəsait nəzərdə tutulur


 

Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinə növbəti ilin dövlət büdcəsi xərclərindən 4 milyard 909 milyon manat vəsait sərf ediləcəkdir.

 

“Marja” 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə dövlət investisiya xərcləri 1 milyard 462 milyon 200 min manat və ya 22,9% azaldılır.

 

Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsində Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üzrə 6 milyard 371 milyon 200 min manat nəzərdə tutulub.

 

Azərbaycanın çoxlu sayda özəl şirkəti dövlət sifarişləri əsasında layihələr icra edirlər. Dövlət investisiya xərclərinin azalması ilə satınalmalar ilə  özəl şirkətlərə verilən sifarişlərin azalacağı gözlənilir. 

18.10.2019 15:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ