Ən yuxarı (mobil)_30

Azərbaycanın Rusiyaya avtomobil ixracı 2020-yə qaldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın Rusiyaya avtomobil ixracı 2020-yə qaldı

Neftçala Sənaye Məhəlləsində istehsal olunan “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı 2020-ci ilə reallaşa bilər”.

 

Bunu “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

 

O bildirib ki, hazırda “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı üçün sənəldəşmə işləri davam etdirilir: “Yəqin ki, sənədləşmə işləri 4-5 ayı ərzində tamamlanacaq". 

 

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2015-ci il tarixli sərəncamına əsasən, yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə 2017-ci ilin 24 sentyabr tarixində açılışı olub. Sənaye Məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri “AzKron” MMC avtomobil istehsalı zavodudur. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə - 2019-cu ilin sonunadək 6 min ədəd avtomobil istehsalı planlaşdırılır. Müəssisənin ildə 2 min avtomobilin ixracı nəzərdə tutulur.

 

2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalının nəzərdə tutulur. “Azərmaş” ASC ölkəmizin digər bölgələrində də avtomobil sənayesinin yaradılmasında maraqlıdır. Müasir texnologiyalar əsasında qurulan “AzKron” MMC avtomobil istehsalı zavodunda "Khazar", "Peugeot", "Renault" kimi avtomobil modelləri istehsal olunur.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Report

18.10.2019 15:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ