Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini artırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini artırır

Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2020-ci ilin dövlət büdcəsi xərclərinin 21,6 faizi həcmində və ya 5 milyard 827 milyon manat vəsait nəzərdə tutulub.

 

“Marja” 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatına istinadən xəbər verir ki, bu da 2019-cu ilə nisbətən 1 milyard 71 milyon manat və ya 22,5 faiz çoxdur.

 

Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin 3 milyard 854 milyon manatı və ya 66,1 faizi (2019-cu ilə nisbətən 666  milyon manat və ya 20,9 faiz çox) müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə, 1 milyard 973  milyon manat və ya 33,9 faiz (2019-cu ilə nisbətən 405 milyon manat və ya 25,8 faiz çox) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə yönəldiləcəkdir.

18.10.2019 16:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ