Ən yuxarı (mobil)-2_30

Enerji içkilərinin satışına məhdudiyyətlər gəlir – İŞ ADAMLARI İLƏ GENİŞ MÜŞAVİRƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Enerji içkilərinin satışına məhdudiyyətlər gəlir – İŞ ADAMLARI İLƏ GENİŞ MÜŞAVİRƏ

Oktyabrın 18-i Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib. Bu barədə "Marja"ya AQTA-dan bildirilib.

 

2020-ci ilin yanvarın 1-dən ölkəmizdə qüvvəyə minəcək “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın icrasına həsr olunan müşavirədə həmin sənədin AQTA tərəfindən hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunduğu, Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçdiyi diqqətə çatdırılıb. Sənədin hazırlanmasında beynəlxalq təşkilatların və dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən, eləcə də Avropa Birliyinin elmi tədqiqatlarından istifadə olunduğu bildirilib. 

 

Qeyd olunub ki, sözügedən qaydalara əsasən ölkə ərazisində enerji içkilərinin istehsalı və idaxlı ilə məşğul olan sahibkarlıq subyektləri sənəddə əksini tapan norma və qayadalara uyğun olaraq öz fəaliyyətlərini 2020 - ci ilin 1 yanvar tarixindən etibarən təşkil etməlidirlər.

 

Görüşdə enerji içkilərinin saxlanma və daşınması ilə bağlı qaydalarda şərtlərin  müəyyən edildiyini bildirən agentlik sədrinin müşaviri Elxan Mikayılov bu şərtlərə əsasən növbəti ilin yanvar ayının 1-dən etibarən enerji içkilərinin soyuq zəncirə daxil ediləcək və 0°C – 18°C temperaturda daşınmasına və saxlanmasına nəzarət ediləcəyi barədə məlumat verib. 

 

Bununla yanaşı bildirilib ki, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunur. Bu məqsədlə məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcəkdir.

 

Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşı çıxış edərək sözügedən qaydaların hazırlanması məqsədilə yaradılmış elmi komitə və oraya üzv olan müvafiq qurumlar və aparılan araşdırmalar barədə geniş məlumat verib.

 

Bununla yanaşı sahibkarlıq subyektlərinə müraciət olunaraq, Agentliyin ölkədə qida təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi tədqiqatlarda, elmi araşdırmalarda və müzakirələrdə yaxından iştirak etməyə və AQTİ ilə  sıx əməkdaşlığa dəvət olunub.

 

Görüşdə “Bizon”, “Jaguar”, “Go”, “Strong”, “Burn”, “Monster”, “Hazzard”, “Full”, “Atom”, “Jara”, “Berg Skyline”, “Berg Extreme”, “RedBull”, “Hell”, “King Legend”, “Bomba”, “Redbull”, “Hell”, “28 Black”, “Carabao original”, “Boost”, “Dragon”, “İnfinity”, “Carabao” və “Monster” əmtəə nişanlı enerji içkilərinin idxalı və istehsalı ilə məşğul olan 30-a yaxın sahibarlıq subyekti iştirak edib.

 

Qeyd edək ki, yeni norma və qaydalar Azərbaycan Respublikasının Qida Təhlüksəziliyi Agentliyinin rəsmi internet saytında da yerləşdirilib. http://afsa.gov.az/az/legislation/acts

 

Tədbirdə tətbiq olunacaq yeni sanitariya normaları və qaydalarının əsas məqsədinin bu məhsulların insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin və istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması ilə bağlı olduğu diqqətə çatdırılıb.

19.10.2019 08:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ