Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan şirkəti Ankarada ofisini açıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti  Ankarada ofisini açıb

Oktyabrın 18-də Azərbaycanın SOCAR AQŞ şirkətinin Ankara ofisinin açılış mərasimi olub. Mərasimdə rəsmi şəxslər, diplomatlar, iş adamları iştirak ediblər.

 

Reklam_3_11

SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev qeyd edib ki, rəhbərlik etdiyi şirkət qardaş ölkədə başladığı layihəni müvəffəqiyyətlə başa çatdıracaq.

 

Xəbər verdiyimiz kimi, Oktyabrın 17-də İstanbulda SOCAR AQŞ ilə “China CAMC Engineering Co., Ltd. - IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” birgə müəssisəsi arasında “Duz gölü yeraltı qaz anbarlarının genişləndirilməsi” layihəsi çərçivəsində müqavilə imzalanıb.

 

Müqaviləyə əsasən, SOCAR AQŞ Duz gölü ərazisində 40 quyunu qazaraq sifarişçiyə təhvil verəcək.

 

Nəzərdə tutulan müqavilənin dəyəri 100 milyon ABŞ dolları civarındadır.

 

SOCAR AQŞ-nin səhmdarları SOCAR, “Nobel Oil Services” və “Abşeron Qazma” MMC-dir.

 

HƏMÇİNİN OXU:Azərbaycan şirkəti Türkiyədə 100 milyon dollarlıq müqavilə imzaladı

 

19.10.2019 12:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ