Mobil manşet üstü reklam-3_21

Qeyri-neft sektoru üzrə idxalın artacağı proqnozlaşdırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qeyri-neft sektoru üzrə idxalın artacağı proqnozlaşdırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2020-ci ilin dövlət büdcəsi layihəsində Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu 4 milyard  manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin proqnozundan 298 milyon manat və ya 8 faiz çoxdur. 

 

“Marja” 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatına istinadən xəbər verir ki, 2020-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə ayrı-ayrı gəlir növləri üzrə daxilolmalar aşağıdakı kimi proqnozlaşdırılır:

 

İdxal olunan mallarla bağlı əlavə dəyər vergisi üzrə daxilolmalar 2 milyard 705  milyon manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 315 milyon manat və ya 13,2 faiz çoxdur. Artımın səbəbi qeyri-neft sektoru üzrə idxalın artımla proqnozlaşdırılmasının nəzərə alınması ilə bağlı olmuşdur.

 

İdxal olunan mallarla bağlı aksiz vergisi üzrə daxilolmalar 300 milyon manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 80 milyon manat və ya 21,1 faiz azdır. Azalmanın səbəbi aksizli malların ölkə daxilində istehsal həcmlərinin növbəti ildə artması ilə əlaqədadır.

 

Gömrük rüsumları üzrə daxilolmalar 950 milyon manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 50 milyon manat və ya 5,6 faiz çoxdur. Yol vergisi üzrə daxilolmalar 45 milyon manat proqnozlaşdırılır ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 13  milyon manat və ya 40,6 faiz çoxdur.

21.10.2019 06:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ