Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Gilan Holding” inşaat məhsullarını “BakuBuild” sərgisində təqdim edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gilan Holding” inşaat məhsullarını “BakuBuild” sərgisində təqdim edəcək

(®) “Gilan Holding” ənənəvi olaraq keçirilən Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”  sərgisində təmsil olunacaq.

 

22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində tikinti, inşaat və memarlıq sahələrini əhatə edən bu işgüzar platformada  “Gilan Holding”ə daxil olan “Gilan and Knauf”, “Gilan Seramik”, “Gilan Beton” və “Gilan Qəbələ Beton” şirkətləri təmsil olunacaqlar. Yeni texnologiyalara cavab verən və sözügedən şirkətlərin sənaye gücünü nümayiş etdirən geniş çeşiddə inşaat məhsulları bu mötəbər sərgidə nümayiş etdiriləcək.  

 

Zəngin tərtibatı və yüksək interaktivliyi ilə fərqlənən “Gilan Holding” stendində müxtəlif növ gipskarton lövhələr, metal profillər, gips əsaslı quru qarışıqlar, keramik plitələr, aksessuarlar və müxtəlif markalı beton nümunələri sərgi qonaqlarına göstəriləcək. Ötən illərdə olduğu kimi,  “BakuBuild” sərgisinin ziyarətçiləri, o cümlədən yerli və xarici şirkətlərin nümayəndələri “Gilan Holding”-in inşaat məhsullarının beynəlxalq keyfiyyət normalarına uyğun istehsalat qaydaları ilə yaxından tanış olmaq və əməkdaşlıq əlaqələri yaratmaq imkanı əldə edəcəklər.    

 

Tikinti sektorunda nüfuzlu yerli və xarici sertifikatlara sahib olan “Gilan Holding” ölkənin inşaat sahəsində xüsusi mövqe tutaraq, iqtisadiyyatın bu sektorunun inkişafına öz töhfəsini verməkdə davam edir.

21.10.2019 14:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ