Prezident Baş Nazirin 2 müavinini vəzifəsindən azad etdi

Prezident 2 yaşlı məmuru öz ərizələri ilə işdən azad etdi. 


 

Prezident İlham Əliyev "Ə.Ş.Həsənovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında" Sərəncam imzalayıb.

 

"Marja" xəbər verir ki, Sərəncama əsasən, Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilb.

 

Həmçinin Prezident İlham Əliyev, "H.İ.Abutalıbovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında" sərəncam imzalayıb. 

 

Sərəncam ilə, Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilib.

 

Həmçinin Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu və Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizələri ilə əlaqədar qəbul edib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən iqtisadi müşavirədə hökumətdə  kadr islahatının aparılacağı ilə bağlı anons verilmişdi.

21 Oktyabr 2019 , 16:33   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin