Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Türk Lirəsinə təsir edə biləcək faiz qərarı açıqlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türk Lirəsinə təsir edə biləcək faiz qərarı açıqlanacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

24 Oktyabr 2019-cu il tarixində Türkiyə Mərkəzi Bankının (TCMB) növbəti yığıncağı keçiriləcək. 

 

"Marja" xəbər verir ki, Türkiyə Mərkəzi Bankının faizdə dəyişiklik edəcəyini gözləməyənlər də var, 150 bənd endirim gözləyən də...

 

"Marja" xəbər verir ki, "Bloomberg"in sorğusuna qatılan 25 təşkilatın proqnozu pul siyasəti faizinin 100 bənd endirilərək 15.50% olacağı istiqamətindədir.

 

Türkiyə Mərkəzi Bankı  pul siyasəti faizini  İyul ayı yığıncağında 425 bənd endirərək 25%-dən 19,75%-ə, Sentyabr ayı yığıncağında isə 325 bənd endirərək 19.75%-dən 16.50%-ə endirmişdir. 

 

TCMB sədri Murat Uysal keçən ay verdiyi açıqlamada bu il nəzərdə tutduqları faiz endiriminin böyük hissəsini İyul və Sentyabrda reallaşdırdıqlarını bildirmişdi. Son dövrdə Türk Lirəsində yaşanan dalğalanma vəziyyəti qarışıq hala gətirib.

 

75 BƏND ENDİRİM GÖZLƏNTİSİ 

 

Qlobal maliyyə şirkətləri "Morgan Stanley" və "Goldman Sachs" Türkiyə Mərkəzi Bankının bu həftə faizləri 75 faiz bəndi azaldaraq  16.50%-dən 15.75%-ə endirəcəyini gözləyir.

 

100 BƏND ENDİRİM PROQNOZU

 

"Standard Chartered", "JP Morgan Chase", HSBC, "Danske Bank" və "Bank of Nova Scotia" Türkiyə Mərkəzi Bankından bu həftə 100 bənd faiz endirim gözləyirlər. 

 

DƏYİŞİKLİK GÖZLƏMƏYƏNLƏR

 

"Citibank", "Barclays" və ING  Türkiyə Mərkəzi Bankının dəyişikliyə getməyərək pul siyasəti faizini 16.5%-də sabit saxlayacağını gözləyirlər.  

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

"Unıcredit" isə Türkiyə Mərkəzi Bankının faizi 150 bənd endirimlə 15% salacağını gözləyir.

 

22.10.2019 06:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ