Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Səba”nın əkinçilik şirkətində idarəetmə üsulu dəyişdirilib - YENİ TƏYİNATLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Səba”nın əkinçilik şirkətində idarəetmə üsulu dəyişdirilib - YENİ TƏYİNATLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkənin iri əkinçilik şirkətlərindən olan “Qarabağ Taxıl” MMC-nin idarəetmə formasında və rəhbərliyində dəyişiklik olub.

 

Şirkətdən "Marja"ya verilən məlumata görə, nizamnamə kapitalının miqdarı 4 milyon manat olan şirkətin effektiv idarə edilməsi üçün təkbaşına idarəetmə metodu ləğv edilərək, kollegial idarəetmə üsulu seçilib. Şirkətin idarə heyətinə Vüqar Baloğlanov sədr təyin edilib. Fikrət AbdullayevRuslan Behbudov isə idarə heyətinin üzvləri təyin olunublar.

 

“Səba” ASC-nin törəmə müəssisəsi olan “Qarabağ Taxıl” şirkətin əkinçilik fəaliyyətini özündə birləşdirib. Müəssisə ölkənin 5 rayonunda - Beyləqan, Ağcabədi, Ağsu, Kürdəmir, Şabran rayonlarında 12 min hektardan artıq əkin sahəsinə malikdir. Dən və yem qarğıdalı, soya, arpa, buğda, şəkər çuğunduru yetişdirməklə yanaşı, toxumçuluq fəaliyyəti də göstərir. Buğda və qarğıdalı seleksiyası ilə məşğul olan “Qarabağ Taxıl” bu il ilk dəfə olaraq, hibrid qarğıdalı və orijinal soya toxumları becərilməsinə başlayıb.

 

Qeyd edək ki, “Qarabağ Taxıl” şirkəti 2012-ci ildən fəaliyyət göstərir. Dövlət dəstəyi ilə Azərbaycanda ilk özəl iri taxılçılıq təsərrüfatı məhz bu müəssisədə yaradılıb.

22.10.2019 07:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ