Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Çin alışlara başladı, daha çox almalarını istəyirəm"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Çin alışlara başladı, daha çox almalarını istəyirəm"

ABŞ Prezidenti Donald Tramp, ticarət razılaşmasına dair işlərin yaxşı getdiyini qeyd edərək, Çinin söz verdiyi kənd təsərrüfatı məhsulları alışları reallaşdırmağa başladığını söyləyib. 

 

"Marja" xarici mətbuata istinadən xəbər verir ki, Donald Tramp, Çin ilə ticarət razılaşması danışıqlarının birinci mərhələsində müzakirələrin irəlilədiyini ifadə edərək, gələn ay Çilidə bir razılaşma imzalanacağına dair gözləntiləri gücləndirib. 

 

Tramp Bazar ertəsi günü Ağ Evdə etdiyi açıqlamada, Çinin söz verdiyi kənd təsərrüfatı məhsullarının idxalına işarə edərək, "Alışlar başladı" deyib və "daha çoxunu" istədiyini sözlərinə əlavə edib. 

 

ABŞ-lı rəsmilər, Çinin ABŞ-dan alışlarını əhəmiyyətli artıracağını və maliyyə xidmətləri, məzənnə, əqli və sənaye mülkiyyət hüquqlarına dair mövzularda razılaşdıqlarını bildirmişdilər. Bunun qarşılığında ABŞ Milad alış-verişi mövsümü əvvəlində, Oktyabrda qüvvəyə minəcək əlavə gömrük vergilərini təxirə salacaq.

22.10.2019 07:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ