Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Evimiz”in sahibinin kapitalı azaldılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Evimiz”in sahibinin kapitalı azaldılıb

"Azər Yapı Market" MMC nizamnamə kapitalının azaldılaraq 1 milyon 598 min 520 manat müəyyən edildiyini elan edib.

 

"Marja" şirkətin elanına istinadən xəbər verir ki, kreditorlar bir ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1129-cu məhəllə ünvanına bildirə bilərlər.

 

Kapitalın azaldılmasının səbəbi açıqlanmayıb. 

 

Mətbuata məlum olan məlumata görə, Bakıdakı “Evimiz” mağazası (keçmiş "Master Tibot")  "Azər Yapı Market" şirkətinə məxsusdur. Azərbaycanda ən böyük "ev üçün hər şey" tipli mağazalardan olan "Evimiz"də məişət texnikası, mebel, qab-qacaq, tekstil, saatlar, çilçıraqlar və s. satılır.

 

Əvvəllər "Master Tibot"un "Gilan Holdinq"ə daxil olduğu göstərilirdi. Hazırda "Master Tibot"un varisi olan "Evimiz"in "Gilan Holdinq"ə daxil olan qurumlar siyahısında adı yoxdur.

22.10.2019 08:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ