Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Məhkəməsinin vaxtı məlum olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məhkəməsinin vaxtı məlum olub

“GünayBank”ın keçmiş sədr müavini Emin Zeynalov barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

 

Reklam_3_11

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesin hazırlıq iclası oktyabrın 29-a təyin edilib. 

 

Qeyd edək ki, E.Zeynalov Cinayət Məcəlləsini 178.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilir.

 

Cinayət işi üzrə 18 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurların da olduğu bildirilir.

 

Mediada Emin Zeynalovun "Günay Bank"dan əmanətçilərin 100 milyon manata yaxın vəsaitini mənimsəməsi ilə bağlı məlumatlar yayılıb. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) isə bankda hər hansı bir problemin olmaması ilə bağlı açıqlama yayıb. Emin Zeynalov "BUSBank"ın (hazırkı "Kapital Bank") keçmiş rəhbəri Zakir Zeynalovun oğludur.

 

Z.Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© APA

22.10.2019 08:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ