Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Gözlənilmədən Azərbaycan-Rusiya sərhədinə səfər edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gözlənilmədən Azərbaycan-Rusiya sərhədinə səfər edib

Bakıda keçirilən Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyasının iclasından sonra Rusiya baş nazirinin müavini, komissiyanın həmsədri Dmitri Roqozin gözlənilmədən Azərbaycan-Rusiya dövlət sərhədinə səfər edib.

 

Reklam_3_11

Bu barədə D. Roqozin özünün "Twitter" hesabında yazıb.

 

“Bakının hava limanına üz tutarkən əlavə 500 km yol getməyi qərara aldım və hamı üçün gözlənilməz olaraq Rusiya-Azərbaycan dövlət sərhədində buraxılış-keçid məntəqəsinin işini yoxlamağa gəldim”, - deyə o bildirib.

 

Qeyd edək ki, yük maşınlarının dövlət sərhədini keçməsində problemlərin yaranması məsələsi dünən Bakıda keçirilən Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyasının iclasında qaldırılıb. Baş nazirin birinci müavini, komissiyanın həmsədri Yaqub Eyyubov Azərbaycandan Rusiyaya meyvə-tərəvəz və digər məhsullar aparan yük avtomobillərin sərhəddə ləngidilməsi hallarının baş verdiyini deyib. D. Roqozin isə bundan sonra yük maşınlarının sərhədi heç bir ləngitmə olmadan keçəcəyini söyləyib.

 

“Qarşıdan Yeni il gəlir. Biz gözləyirik ki, Azərbaycandan Rusiyaya gətirilən  meyvə, tərəvəz  və digər məhsullar sərhədi maneəsiz keçərək bayramadək rusiyalıların masasına çatdırılacaq. Biz bu məhsulların keyfiyyətini həmişə yüksək qiymətləndiririk”, - deyə D. Roqozin bildirib.

17.12.2016 11:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ