"TuranBank"da nöbədənkənar iclas keçiriləcək

03 dekabr 2019-cu il tarixdə "TuranBank" ASC-nin səhmdarlarının nöbədənkənar iclası keçiriləcək.

 

"Marja" Bankın elanına istinadən xəbər verir ki, iclas Bakı şəhəri, İ.Qutqaşınlı 85 ünvanında keçiriləcəkdir. 


İclasın gündəliyi ictimaiyyətə açıqlanmır və bildirişə əlavə olunaraq səhmdarlara göndərilib. 

 

Xatırladaq ki, 16 avqust 2019-cu il tarixində də "TuranBank" ASC səhmdarlarının növbədənkənar iclası keçirilmişdi. Yığıncağın gündəliyi ictimaiyyətə açıqlanmamışdı. 

 

“Turan Bank”ın 8-i hüquqi, 21-i isə fiziki şəxs olmaqla 29 səhmdarı var. Bankın nizamnamə kapitalının 33,97%-i hüquqi şəxslərə, 66,03%-i fiziki şəxslərə məxsusdur. Bank 70 milyon 4 min manat nizamanmə kapitalına malikdir.

22 Oktyabr 2019 , 13:03   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin