Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İlin sonunda 1 dollar neçə manat ola bilər?

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlin sonunda 1 dollar neçə manat ola bilər?

Azərbaycanın nağd valyuta bazarında stabilləşmə prosesi davam edir. Hazırda ölkədə fəaliyyət göstərən kommersiya banklarında ABŞ dollarının alış və satış məzənnələri arasındakı marja təxminən 0,02 manat (1 dollara - 2 qəpik) təşkil edir. Yəni, 1 ABŞ dollarının ən yaxşı alışı 1,71 manat, satışı isə 1,73 manata bərabərdir. Qeyd edək ki, bir neçə həftə öncə marja ən yaxşı halda 0,05 manat olub. 

 

Reklam_3_11

Analitiklər, alışla satış arasındakı fərqin yaxın həftələrdə bir qədər də daralaraq 0,01 manata enəcəyi proqnozlaşdırır:

 

"Marjanın daralması "qara bazar"ın fəaliyyətini məhdudlaşdıracaq. Bununla yanaşı, dolların məzənnəsinin cari səviyyədə sabitləşəcəyi ehtimal edilir. Dolların rəsmi məzənnəsi bir müddət 1,70-1,75 AZN/USD-ə yaxın formalaşdıqdan sonra neft qiymətlərinin yay aylarına doğru artması ilə 1,65 AZN/USD-yə qədər geriləyə bilər. Lakin ilin sonunda rəsmi məzənnə yenidən 1,70-1,75 AZN/USD-yə yüksələrək 2017-ci ili bu səviyyədə tamamlayacağı gözlənilir". 

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) həyata keçirdiyi sərt monetar siyasət tədbirləri dolların məzənnəsinin sabitliyini təmin edəcək.

 

© Report

29.03.2017 09:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ