Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Lenovo Global Technology” Azərbaycanda törəmə şirkətini təsis etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Lenovo Global Technology” Azərbaycanda törəmə şirkətini təsis etdi

16 oktyabr 2019-cu il tarixində  “Lenovo Global Technology Azerbaijan” MMC dövlət qeydiyyatından keçib.

 

Vergilər Nazirliyinin saytında qeyd olunur ki, “Lenovo Global Technology Azerbaijan”-ın qanuni nümayəndəsi Rusiya Federasiyası və MDB ölkələrində “Lenovo Global Technology” şirkətinə rəhbərlik edən Dmitri Parşindir.

 

"Lenovo Global Technology" şirkərinə data mərkəzləri üçün məhsullar istehsal edən 6 zavod, həmçinin 7 ETTKİ mərkəzi və dünyanın müxtəlif ölkələrində məlumat emalı mərkəzləri üzrə texnologiyaların təkmilləşdirilməsi üçün 46 laboratoriya məxsusdur. Şirkətin bütün qitələrdə nümayəndəlikləri var ki, o öz həlləri və xidmətlərini 160-dan çox ölkədə müştərilərə təqdim edir.

 

“Hüquqi şəxsin təsis olunması Azərbaycanın həm dövlət sektoru, həm də bank sahəsində həyata keçirilən irimiqyaslı layihələr sayəsində mümkün olmuşdur. Bu layihələrdən biri də Azərbaycan Mərkəzi Bankı üçün "Blockchain Texnologiyasına əsaslanan Rəqəmsal İdentifikasiya Sistemi"dir”, – deyə "Lenovo Global Technology" şirkətinin MDB ölkələrində hyperkonverqent infrastruktur biznesinin inkişafı üzrə meneceri, Azərbaycan, Tacikistan və Türkmənistanda satış təmsilçisi Rasim Bəxşi bildirib.

22.10.2019 13:25

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ