Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

McDonalds-ın səhmləri kəskin ucuzlaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
McDonalds-ın səhmləri kəskin ucuzlaşıb

ABŞ-ın qlobal "fast-food" şəbəkəsi McDonald's üçüncü rüb maliyyə göstəricilərini açıqlayıb. Şirkətin ABŞ-da  satışları analitik proqnozlardan aşağı qalıb. 
 

"Marja" xəbər ki, şirkətin ABŞ-da üçüncü rüb satışları 4.8 faiz artıb. Proqnoz 5.2 faiz artım olacağı istiqamətində idi. Satışlar ötən ilin üçüncü rübündə 2.4 faiz artım qeyd etmişdi.
 

Şirkətin üçüncü rüb qlobal satış gəliri illik 1.1% artım göstərərək 5.43 milyard dollara yüksəlib. Gözlənti 5.49 milyard dollar idi.
 

McDonald's-ın əməliyyat mənfəəti üçüncü rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.3 faiz azalaraq 2.41 milyard dollar olub. Proqnoz 2.51 milyard dollar idi.

 

McDonald's həmin dövrdə səhm başına 2.11 dollar mənfəət açıqlayıb. Bu, 2.21 dollar məbləğində olan gözləntini qarşılamayıb. Səhm başına mənfəət ötən ilin eyni dövründə 2.10 dollar idi.

 

Maliyyə göstəricilərinin açıqlanmasının ardından McDonald's-ın səhmləri 3.5 faiz düşərək 202.50 dollar səviyyəsinə enib.

22.10.2019 19:15

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ