Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

BP “Dayazsulu Abşeron”da qazma əməliyyatlarını gələn ilə saxlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
BP “Dayazsulu Abşeron”da qazma əməliyyatlarını gələn ilə saxlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

BP şirkəti “Dayazsulu Abşeron” sahəsində qazma əməliyyatlarını gələn ilə saxlayıb.

 

Bu barədə “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

 

B.Aslanbəyli bildirib ki, BP “Dayazsulu Abşeron” sahəsində qazma işlərinə 2020-ci ilin birinci yarısında başlamağı planlaşdırır.

 

Xatırladaq ki, BP daha əvvəl Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş 3 perspektiv yerdə kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılmasının davam etdiyini açıqlamışdı. Şirkət ilk quyunun qazılması işlərinə cari ilin sonlarında başlanmasının nəzərdə tutulduğunu bildirmişdi.

 

Qeyd edək ki, BP ilə SOCAR 2014-cü ilin dekabrında Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında yerləşən dayazsulu ərazilərdə potensial perspektiv strukturların birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında saziş imzalayıb. Saziş 2015-ci il aprelin 14-də Milli Məclis tərəfindən ratifikasiya olunub.

 

Sazişə əsasən, “BP Eksploreyşn (Kaspian Si) Ltd” şirkəti əməliyyatçı olmaqla müqavilədə 50 faiz paya və SOCAR isə qalan 50 faizlik paya malikdir. Hasilatın pay bölgüsü haqqında sazişi üzrə kontrakt sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Bu ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layların dərinliyi 3000-5000 metr təşkil edir.

 

Buda aparılan tədqiqat 1300 kvadrat kilometr ərazidən 3 ölçülü məlumat əldə olunmasını əhatə edib. Əldə edilmiş 3 ölçülü məlumatların interpretasiyası və emalı isə 2017-ci ilin sonunda yekunlaşıb. 2018-ci ildə SOCAR-la perspektivlik haqqında bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən olunub.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© "Azərtac"

22.10.2019 18:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ