Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“AtaBank”da təcili yığıncaq keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AtaBank”da təcili yığıncaq keçirilib

21 oktyabr 2019-cu il tarixində “AtaBank” ASC-nin Ş.Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən Baş ofisində Səhmdarların növbədənkənar Ümumi Yığıncağı keçirilib.

 

“Marja”nın əldə etdiyi məlumata görə, Yığıncaqda bankın fəaliyyətinə dair bir sıra məsələlər müzakirə edilib, o cümlədən Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin də təmsil olunduğu Strateji İdarəetmə Komitəsi yaradılıb.


Komitənin əsas səlahiyyətləri Bankın inkişafı üzrə üç illik strateji plan və istiqamətləri müəyyən etmək və icrasına nəzarəti həyata keçirməkdən ibarətdir.


Komitə tərəfindən hazırlanacaq plan “AtaBank”ın maliyyə vəziyyətinin və rəqabət qabiliyyətinin yaxşılaşdırılması məqsədi güdür.


Komitəyə, ehtiyac olduğu təqdirdə, təcrübəli kənar məsləhətçiləri cəlb etmək səlahiyyəti də verilib.

 

Xəbər verdiyimiz kimi, 137 milyon 466 min manat məcmu kapitalı olan "AtaBank"ın gəlirləri xərclərinə kifayət etmir. Bankın gəlirlərinin artırılması tələb olunur. 

 

HƏMÇİNİN OXU:“AtaBank”ın vəziyyəti məlum oldu

 

23.10.2019 09:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ