Ukrayna şirkəti Azərbaycanda tibb sahəsində yeni laboratoriya yaratmaq istəyir

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin tibb sahəsi üzrə layihə meneceri, həkim Aleksandr Tsvetkovla görüşüb.

 

Səfir qeyd edib ki, Azərbaycanda son illər ən yüksək standartlara cavab verən müalicə müəssisələri inşa edilib, müasir tibbi avadanlıqlar alınıb. Bu gün Azərbaycan səhiyyə sahəsində yeniliklərə açıqdır və hər hansı təklifi müzakirə etməyə hazırdır.

 

A.Tsvetkov, öz növbəsində gördükləri işlərlə bağlı məlumat verərək bildirib ki, Azərbaycanda tibb sahəsində yeni laboratoriya yaratmaq niyyətindədirlər. Bu laboratoriya vasitəsilə fərdi olaraq insanların müalicəsinə hansı dərmanların daha effektli təsir etməsini müəyyən etmək olur. Onkoloji və digər ağır xəstələrə fərdi üsullar müalicə tətbiqi daha effektli olur. O bildirib ki, şirkət eyni zamanda, Azərbaycanda istehsal edilən dərmanların lisenziyalaşdırılaraq Avropa bazarlarında satışını təmin edə bilər.

 

A.Xudiyev, görüşün sonunda onlara Azərbaycana səfərini təşkil etməyə hazır olduğunu qeyd edib.

 

© "Azərtac"

23 Oktyabr 2019 , 14:38   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin