İlham Əliyevdən vətəndaşlara maaş ilə bağlı müraciət
Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşları maaşın bir hissəsinin rəsmi qaydada verilməsinə razı olmamağa çağırıb.
“Marja” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib:
"Bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qeydiyyata alındı. Yəni, bu, nə deməkdir? Yəni, bu yüz min insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi. Onlar zərflərdə maaş alırdılar. Bəzi hallarda onlara yazılan aşağı maaş reallığı əks etdirmirdi. Bu, bizim iqtisadiyyatımızı təhlükə altına qoyur. Bir də ki, bu insanlar gələcəkdə pensiyaya çıxacaqlar. Bəs onların pensiya haqqı nəyin hesabına hesablanacaq? Ona görə mən, o cümlədən muzdla işləyən vətəndaşlara da üz tutub deyirəm: bu işlərə baş qoşmayın. Əgər hansısa sahibkar sizə tutaq ki, 500 manat maaş verirsə və onun 250 manatını rəsmi qaydada verirsə, siz buna razı olmayın. Çünki sabah pensiya almayacaqsınız. Sosial sığorta problemi olacaq. Biz indi icbari tibbi sığortaya keçirik. Orada da problem yaranacaq. Əlbəttə ki, burada nəzarət daha güclü olmalıdır. Hesab edirəm ki, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə bu iş yerlərini, o cümlədən o sahibkarların fəaliyyətini biz kölgədən çıxarırıq. Bu iş yerlərinin 80 faizi qeyri-neft sektorunda qeydiyyata alınıb. Hələ ki, ən azı on minlərlə insan indi demək olar ki, bir növ kölgə iqtisadiyyatında fəaliyyət göstərir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 22 d. əvvəl
-
25 d. əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 30 d. əvvəl
-
1 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
1 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl