Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Elman Rüstəmov istefa verib" xəbərinə Mərkəzi Bankdan münasibət - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Elman Rüstəmov istefa verib" xəbərinə Mərkəzi Bankdan münasibət - YENİLƏNİB

Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsindən istefa verdiyi bildirilir.

 

İddialara görə, E.Rüstəmov artıq kollektivlə də vidalaşıb.

 

Məlumata görə, yaxın günlərdə baş bankirin vəzifədən azad olunması və onun yerinə yeni təyinatla bağlı Milli Məclisin toplanacağı gözlənilir. E.Rüstəmovun Baş Nazirin müavini vəzifəsinə təyin olunacağı ehtimal edilir.

 

Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev açqılama verib. N.Əliyev Mərkəzi Bankın mətbuat xidmətinə belə bir məlumatın daxil olmadığını deyib.

 

SABAH MƏTBUAT KONFRANSI KEÇİRƏCƏK

 

Qeyd edək ki, sabah Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilməlidir. İclasda faiz dərəcələrinə baxılacaq. Faiz qərarından sonra Mərkəzi Bankda mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

 

Mərkəzi Bankdan "Marja"ya bildirilib ki, sabah saat 11:00-da faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair Mərkəzi Bankın sədri Elman Rüstəmovun mətbuat konfransı keçiriləcəkdir. 

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

24.10.2019 13:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ