Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilib - FOTO

iç səhifə xəbər başlığı altı (mobil)_31
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilib - FOTO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə “Eurasia İnnovation Day” adlı tədbir keçirilib.

 

Dialoq platforması rolunu oynayan tədbirdə dövlət rəsmiləri, siyasətçilər, özəl sektor nümayəndələri, elm xadimləri, İKT sahəsi üzrə mütəxəssislər və media nümayəndələri iştirak ediblər.

 

Tədbirin iştirakçıları öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Huawei” şirkətinin məhsullarını təqdim etdiyi texnoloji və innovativ məhsullarla tanış olub.

 

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda innovativ fəaliyyətin kütləviləşdirilməsi, innovasiya ekosisteminin formalaşdırılması üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb. Nazir müavini bu istiqamətdə imzalanmış “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Sərəncamın əhəmiyyətini vurğulayıb. “Sərəncama əsasən, koordinasiya subyektlərində  innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxslər təyin olunub  və hesabatlılıq sistemi formalaşdırılır”.

 

“Eyni zamanda aidiyyəti  koordinasiya subyektlərinin idarəetmə orqanlarında ən azı bir nəfərin innovasiyalar və ya elmi tədqiqatlar üzrə mütəxəssis olması, illik mənfəətlərinin müəyyən hissəsinin innovasiyaların tətbiqi və elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Həmçinin, Azərbaycan Respublikasının innovasiya strategiyasının layihəsinin hazırlanması tapşırığı da ölkəmizdə innovasiyaların əlaqəli və kompleks şəkildə inkişafı üçün mühüm əhəmiyyət kəsb edir ”, – deyə Elmir Vəlizadə vurğulayıb.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu gün Azərbaycanın dünyanın ən iri layihələrində iştirak etdiyini bildirərək qeyd edib ki, ölkəmizin əsas inkişaf istiqamətlərindən biri informasiya texnologiyalarının inkişafıdır:

 

“Son 15 ildə Azərbaycan iqtisadiyyatına çox böyük həcmdə investisiyalar qoyulub. Sənaye üsulu ilə ilk neft ölkəmizdə çıxarılıb. Bu gün Azərbaycan peykə malik olan az ölkələrdən biridir. Bu isə tək pulla deyil, həm də informasiya texnologiyalarına sistemli yanaşmanın sayəsində mümkün olub”.

 

“Huawei” şirkətinin Avrasiya regionu üzrə vitse-prezidenti Vu Sai bildirib ki, vaxtında yaxşı düşünülmüş və gələcəyə hesablanmış bir xəyal nə vaxtsa gerçək olur:

 

“Bir neçə il əvvəl, “Huawei” şirkəti yeni bir məqsədini elan etdi: “Hər kəsə, evə və təşkilata açıq rəqəmsal texnologiya”. Şirkətin qarşısında belə bir hədəf qoyması onun xəyalları, gələcəyə olan gözləntiləridir. Ancaq bu gün köhnə xəyalların gerçəkləşdiyini görürük”.

 

Vitse-prezidentin sözlərinə görə, İKT-nin inkişafında, Rəqəmsal transformasiyada hər bir insan iştirak etməlidir:

 

“İndi bütün fiziki dünyanı rəqəmsal kainata köçürürük. Bu tendensiyanı dayandırmaq olmaz. Rəqəmsallıq hər bir insana, millətə, ölkəyə bərabər imkanlar verir. İrqindən, rəngindən, tarixindən, dünyagörüşündən asılı olmayaraq, vahidlər və sıfırlar aləmində hamımız ümumi bir dil tapacağıq. Rəqəmsal transformasiyada hər bir insan və hər bir ölkə iştirak etməlidir”.

 

Vu Sai Azərbaycanın innovativ ideyalarının bəşəriyyətin inkişafına əvəzsiz töhfə verəcəyinə əminliyini ifadə edib:

 

“İki yüz il əvvəl gəmi bizə okeanları fəth etmək fürsəti verdi. Yüz il əvvəl daxili yanma mühərriki bizə dünyanı gəzmək imkanı verdi. Bu gün rəqəmsal texnologiya bizə xəyallarımızı genişləndirmək imkanı verir. Xəzər dənizinin nefti dünya sənayesinin mühərriki üçün yanacaqdır. Ümidvarıq ki, Azərbaycanın innovativ ideyaları dünya tədqiqatlarının mühərriki üçün yanacaq olacaq və bəşəriyyətin inkişafına əvəzsiz töhfə verəcək”.

 

 Nəzərinizə çatdıraq ki, “Eurasia Innovation Day” çərçivəsində 3 panel təşkil edilib. 

“Rəqəmsal əlaqə” adlı ilk paneldə mövzu ətrafında maraqlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

 

İkinci panel Avrasiya ölkələrində milli rəqəmsal iqtisadiyyatın inkişaf imkanları və problemləri mövzusunu əhatə edib.

 

Üçüncü paneldə isə innovasiya və texnologiya istiqaməti müzakirə predmeti olub.

 

“İnnovasiya həftəsi”nin əsas tərəfdaşlarından biri, eləcə də dünya telekommunikasiya sahəsinin aparıcı brendlərindən biri olan “Huawei Technologies Azerbaijan LLC.”-nin icraçı direktoru Canlin Lu jurnalistlərə açıqlamasında ilk olaraq Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, Bu layihələrdən biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə İKT sahəsində həyata keçirilən “Gələcəyin toxumları” adlı proqram layihəsidir.

 

“Bu layihə azərbaycanlı gənclər üçün kifayət qədər böyük perspektivlər vəd edir. Belə ki, gənclər arasında əlaçı tələbələr layihə çərçivəsində Çində təcrübə proqramı keçə və texnologiya sahəsində qabaqcıl İKT nailiyyətləri ilə daha yaxından tanış olmaq şansı əldə edə bilərlər. Bu gün də “Huawei” şirkətində hər il olduğu kimi əlaçı-tələbələr təcrübə keçir”.

 

İKT üzrə yenilikləri insan sivilizasiyanın zinəti kimi qiymətləndirən Canlin Lu gələcəkdə Azərbaycana olan investisiyalarını daha da artacaqlarını diqqətə çatdırıb:

 

“Biz “Azərbaycanda fəlsəfəmizə uyğun olaraq müştərilər üçün yeni dəyərlər yaratmağa, sözügedən sahəyə yatırımlar etməyə və onun nəticəsini yerli auditoriya ilə bölüşməyə davam edəcəyik. Bu gün şirkətimiz simsiz və genişzolaqlı optik ötürmə şəbəkələri üçün kompleks həllər, həmçinin Azərbaycanın “Azercell Telecom”, “Azerconnect”, “Aztelecom”, “Baktelecom” kimi 5 milyondan artıq istifadəçini əhatə edən böyük şəbəkə operatorlarına IP xidməti təklif edir. Bununla yanaşı “Huawei” şirkəti İnformasiya Kommunikasiya Texnologiyaları sahəsi və rəsmi qurumları innovativ həllər ilə təmin edir. Gələcəkdə daha yeni layihələrin gerçəkləşdirilməsi və Azərbaycana olan investisiyaları daha da artması gözlənilir”.

 

İcraçı direktor ölkəmizdə İKT sahəsində görülən işlərin hər iki tərəf üçün faydalı olacağına və Azərbaycanda İKT-nin sürətli inkişafına gətirib çıxaracağına əminliyini ifadə edib:

 

“Bu inkişaf individual potensialın ortaya çıxmasına, biznesin inkişafına töhfə verə, habelə insan həyatını nəinki daha təhlükəsiz, hətta daha sağlam və zəngin edə bilər. Bu innovasiyalar iqtisadiyyat, tərəqqi və ətraf mühit kimi vacib qlobal problemlərin öhdəsindən gəlmək üçün mühüm vasitədir”.

 

Canlin Lu tezliklə “Huawei” şirkətinin Azərbaycanda 5G texnologiyalarının tətbiqinə başlayacağını diqqətə çatdırıb:

 

“Hazırda dünyada 5G texnologiyaların tətbiqi aktiv müzakirə edilir. Bilirik ki, “Huawei” 5G Kommunikasiya həllərinin və aparaturasının lider təchizatçısıdır. İnanıram ki, tezliklə “Huawei” Azərbaycanda 5G texnologiyalarının tətbiqinə başlayacaq.

24.10.2019 10:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ