Menecment sahəsinin əfsanəsi Doktor İtsxak Adizes Bakıda ilk dəfə çıxış edəcək
(®) Dünyanın ən nüfuzlu biznes-konsultantlarından biri Doktor İtsxak Adizes Bakıda ilk dəfə çıxış edəcək!
Volvo, Visa, Bank of America, Coca-Сola, Sberbank, Sibur kimi məşhur şirkətlərin rəhbərlərini konsultasiya edən Doktor İtsxak Adizesin iştirakı ilə Bakıda “Təşkilatın uğur formulu” adlı biznes forum keçiriləcək.
Tədbir 08 noyabr tarixində JW Marriott Absheron Baku otelində baş tutacaq.
Biznes forumda bazarda lider mövqenin qazanma sirləri, effektiv menecment sisteminin qurulması, uğurlu idarəetmə vasitələrinin tətbiqi üzrə innovativ yanaşmalar müzakirə olunacaq.
İtsxak Adizes ilə yanaşı forumda peşəkar idarəçi, Azərbaycanda Adizes İnstitutunun İdarəedici tərəfdaşı, sahibkarlıq sahəsində 15 illik iş təcrübəsinə malik olan Pavel Belorusski çıxış edəcək. P.Belorusski biznesin səmərəli və effektiv idarəolunması üzrə şəxsi təcrübəsi ilə bölüşəcək.
Biletlər artıq satışdadır. Biletlərin qiyməti, tədbirin proqramı, iştirak şərtləri və spikerlər barədə ətraflı məlumatı tədbirin rəsmi səhifəsində, həmçinin (+99450) 290 49 79 nömrəsi vasitəsilə əldə etmək olar.
Biznes forum “Gilan Holding”, “Pasha Bank” və “Milla” şirkətinin sponsor dəstəyi ilə keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 d. əvvəl
Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya veriləcək
- 10 d. əvvəl
- 14 d. əvvəl
-
18 d. əvvəl
Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunan malların sayı artırılıb
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İndi Embafinans Biznes kreditləri Sizin biznesinizin inkişafında ən böyük yardımçınız olacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib