Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Əhalinin gəlirləri artsa da, müddətli depozitlər azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əhalinin gəlirləri artsa da, müddətli depozitlər azalıb

30 Sentyabr 2019-cu il tarixində Fiziki şəxslərin banklardakı depozitləri 8 milyard 491 milyon 300 min manat təşkil edib. Bu il əhalinin gəlirlərinin artdığı bildirilsə də, banklarda müddətli depozitləri artmayıb.

 

Reklam_3_11

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatına istinadən xəbər verir ki, fiziki şəxslərin depozitləri avqust ayının sonu ilə müqayisədə sentyabrda 34 milyon 400 min manat, ötən ilin sonu ilə müqayisə isə (9 ay ərzində) 221 milyon 600 min manat artıb.

 

Avqust ayının sonu ilə müqayisədə sentyabrda müddətli depozitlər 28 milyon 400 min manat artaraq 5 milyard 465 milyon 500 min manata, tələbli depozitlər isə 6 milyon manat artaraq 3 milyard 25 milyon 800 min manata çatıb.

 

Cari ilin 9 ay ərzində fiziki şəxslərin depozitləri tələbli depozitlər hesabına artıb. Belə ki, 2018-ci ilin sonu ilə müqayisədə müddətli depozitlər 13 milyon 500 min manat azalıb, tələbli depozitlər isə 234 milyon 100 min manat artıb.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 faiz artaraq 42 milyard 202 milyon 700 min manat təşkil etmiş, əhalinin hər nəfərinə orta hesabla 4266,2 manatlıq gəlir düşmüşdür. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 38 milyard 720 milyon 100 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz çox vəsait qalmışdır.

 

Milyon manatla

31.12.2018

31.08.2019

30.09.2019

 Fiziki şəxslərin depoziti

8,269.7

8,456.9

8,491.3

-müddətli

5,479.0

5,437.1

5,465.5

-tələbli

2,790.7

3,019.8

3,025.8

 

Müddətli depozitlər:

 

Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.

 

Tələbli depozitlər:

 

Müştəri öz vəsaitini qeyri-müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır, ya da inflyasiyaya uyğun faizlər hesablanır.

 

24.10.2019 14:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ