Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Avropa Mərkəzi Bankı da faiz qərarını açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa Mərkəzi Bankı da faiz qərarını açıqlayıb

Avropa Mərkəzi Bankı (AMB) gözlənildiyi kimi faiz nisbətlərində dəyişikliyə getmədi. 

 

"Marja" xəbər verir ki, depozit faizi mənfi 0.5%-də, pul siyasəti faizi 0%-də, gecəlik maliyyələşmə faizi 0.25%-də saxlanılıb.

 

Mərkəz Bank açıqlamasında qeyd edib ki, inflyasiya hədəfə (2%) çata qədər faiz nisbətləri bu səviyyələrdə və ya daha aşağı səviyyələrdə qalacaq. 
 
 
Bank sentyabr ayında depozit faizini mənfi 0.4%-dən mənfi 0.5%-ə endirmiş, istiqraz alışına yenidən başlayacağını açıqlamışdı. 

 

Avropa Mərkəzi Bankının sədri Mario Draghi, bankın Oktyabr iclasının ardından Frankfurtda AMB Sədri kimi sonuncu dəfə mətbuat konfransını keçirib.
 

Aşağı istiqamətli risklərin qabarıq və inflyasiyanın "cansız" olduğunu bildirən Draghi, uzun bir müddət əhəmiyyətli dərəcədə ekspansionist siyasət lazım olacağını söyləyib. Draghi, iqtisadi mənzərəyə qarşı risklərin qalmaqda davam etdiyini bildirib. 

 

Draghi, AMB-nin ehtiyac halında bütün vasitələrdən istifadə etməyə hazır olduğunu deyib.

 

Əvvəlki Avropa Mərkəzi Bankı sədrlərinin əksinə Mario Draghi 8 illik sədrliyi dövründə faizləri heç bir zaman artırmadı, böhranlarla mübarizə apararaq maliyyə sistemə daha çox likvidlik təmin etdi.  Noyabrın 1-dən Avropa Mərkəzi Bankının sədri vəifəsini Kristin Lqard icra etməyə başlayacaq.

24.10.2019 15:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ