Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Göyçayda ilk dəfə əkiləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Göyçayda ilk dəfə əkiləcək

Göyçay rayonunda yazlıq bitkilərin əkini üçün görülən hazırlıq işləri başa çatmaq üzrədir.

 

Rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, kəndlərdə əkin üçün yararlı torpaq sahələri seçilib, mütəxəssislər sahələrə baxış keçirib, şum çıxarılıb və arat işləri aparılıb.

 

Hazırda səpinqabağı mala çəkilməsi işləri davam etdirilir. Hava şəraiti imkan verərsə gələn həftə rayonda çəltik, soya və dən qarğıdalı bitkilərinin əkininə başlanılacaq. Bu məqsədlə toxum tədarük olunub və kəndlərdə 1000 hektara yaxın torpaq sahəsi ayrılaraq şum çıxarılıb. Əkinlərin suvarılması və torpağın şor sulardan təmizlənməsi üçün lazımi tədbirlər görülüb.

 

Qeyd edək ki, bu il rayonda ilk dəfə olaraq soya bitkisinin əkini həyata keçiriləcək. Ötən il Göyçayda 25 hektar çəltik və 350 hektar dən qarğıdalı əkilmişdisə, cari ildə bu bitkilərin iki dəfə çox sahədə əkini aparılacaq.

 

©Azərtac

29.03.2017 15:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ