Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kiçik biznesə 14%-dən kredit təklifi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kiçik biznesə 14%-dən kredit təklifi

Biznes-ideyaların reallaşması üçün Bank VTB (Azərbaycan) kiçik biznesə “Sərmayə” kreditini təklif edir.

 

Bankın yaydığı məlumatda bildirilir ki, bu kredit məhsulu həm şirkət, həm fərdi sahibkarlara verilir. Kiçik sahibkarlıq nümayəndələri sərfəli şərtlərlə 500 000 manatadək (və ya rubl ekvivalentində) kredit əldə edə bilər. Kreditin faiz dərəcəsi 14%-dən başlayır:

 

 “Kredit 4 il müddətinədək verilir – belə bir müddət planlaşdırılan biznes layihəsinin reallaşdırılması üçün kifayətdir.  Bundan başqa, əsas borcun ödənilməsi üçün 6 ayadək güzəşt müddəti mümkündür. Kredit həm annuitet (yəni aylıq) şəkildə, həm fərdi cədvələ əsasən ödənilə bilər.

 

“Sərmayə” krediti əmlakın alınması, o cümlədən nəqliyyat, xüsusi texnika, avadanlıq, daşınmaz əmlak, əsas vəsaitin təmiri və  yenidən qurulması, tikintisi, yeni fəaliyyət növünün inkişafı və biznesin genişləndirilməsi, örtüksüz sənədli əməliyyatlar üzrə hesablaşmaları, digər banklardakı borcların yenidən maliyyələşməsi üçün istifadə oluna bilər”,- Bankın məlumatında deyilir.

25.10.2019 13:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ